Amerikalı terrorçular öz əməllərinin cavabını alacaqlar
Yan 03, 2020 22:43 Asia/Baku
İranın Təhlükəsizlik Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin şəhadəti münasibətilə verdiyi bir bəyanatda vurğulayıb ki, amerikalı terrorçular öz əməllərinin cavabını alacaqlar.
İranın Təhlükəsizlik Nazirliyi bildirib ki, general-leytenant pasdar Qasem Soleymaninin cinayətkar Amerikanın əli ilə şəhid edilməsi mütləq şəkildə cavabsız qalmayacaq. O, deyib ki, dünya imperializmi bu vəhşicəsinə cinayətlə İslam Dünyasının canına saldığı terrorçulara dəstəyini daha da əyaniləşdiribdir.
Bu bəyanatda vurğulanıb: İslami Müqavimət Cəbhəsi dünya məzlumları və günahsızlarının qanlarına bulaşmış təcavüzkarların çirkin əllərini regiondan kəsəcəkdir.