Yan 05, 2020 13:48 Asia/Baku
  • İraq xalqı təlxək və həyasız Pompeonun cavabını verdi
    İraq xalqı təlxək və həyasız Pompeonun cavabını verdi

İran İslam Respublikasının xarici işlər naziri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasem Soleymaninin və silahdaşlarının İraqdakı möhtəşəm vidalaşma mərasimlərinə işarə edərək, deyib: İraqlılar Amerikanın terror hücumunun şəhidləri ilə vidalaşma mərasimlərində iştirak etməklə bu ölkənin təlxək dövlət katibi Mayk Pompeonun iddialarını cavablandırdılar.

Pompeo son zamanlar iddia etmişdi ki, İraq xalqı İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin terror edilməsinə sevinir.

Məhəmməd Cavad Zərif dünən gecə tvitter-də Pompeoyaya cavabda yazıb: 24 saat bundan öncə özünü diplomat kimi göstərən həyasız bir təlxək iddia etdi ki, İraq xalqı bu ölkənin şəhərlərində şadlıq edir. Bu gün yüz minlərlə başıuca iraqlı bacı və qardaşımız bütün İraqda onun cavabını verdi.

Zərif sonra yazıb: Amerikanın Qərbi Asiyadakı şər iştirakının sonu başlanıbdır.

Teqlər