İki iranlı tələbə ABŞ hökumətindən şikayət edib
https://azeri.sahartv.ir/news/İran-i357151-İki_iranlı_tələbə_abŞ_hökumətindən_şikayət_edib
Amerika hökuməti iki iranlı tələbənin bu ölkə ərazisinə girişinin qarşısını alıb. Bu tələbələr də ayrı-ayrılıqda şikayət ərizələri yazıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 04, 2020 11:13 Asia/Baku
  • İki iranlı tələbə ABŞ hökumətindən şikayət edib
    İki iranlı tələbə ABŞ hökumətindən şikayət edib

Amerika hökuməti iki iranlı tələbənin bu ölkə ərazisinə girişinin qarşısını alıb. Bu tələbələr də ayrı-ayrılıqda şikayət ərizələri yazıblar.

“Northeastern” universitetinin tələbəsi Şəhab Dehqani və Harvard universitetinin tələbəsi Reyhanə Emami öz şikayət ərizələrini Amerika daxili təhlükəsizlik nazirliyinə təqdim edərək, bildiriblər ki, Boston şəhərində yerləşən “Loqan” beynəlxalq hava limanında onlarla pis rəftar edilib və Amerika hökuməti qanunsuz bir hərəkətdə onların bu ölkəyə daxil olmalarına mane olubdur.

Bu iki  tələbə deyibdir ki, Amerikanın federal başçıları saatlarla onları qeyd olunan hava limanında həbs və istintaq ediblər və nəhayət heç bir dəlil təqdim etmədən vizalarında qeyd edilən müddətdən çox Amerikada qalmaq niyyətində olduqlarını iddia ediblər.

Ağ Ev başçıları İran xalqını himayə etdiklərini iddia etdikləri bir halda, bəzi tələbələrin mötəbər vizalarını ləğv edərək, iranlıların Amerikaya daxil olmalarına maneçilik törədirlər.