Fev 16, 2020 07:48 Asia/Baku
  • Avropanın düzgün yolu, nüvə anlaşması öhdəliklərinin yerinə yetirilməsidir

İranın xarici işlər naziri Münhen konfransı kənarında öz fransız həmkarı ilə görüşdə Avropanın problemlərin həllinin yeganə yolu kimi, “nüvə anlaşması altındakı öhdəliklərinin yerinə yetirilməsi”nə qayıtması zərurətini vurğulayıb.

İran və Fransa xarici işlər nazriləri Məhəmməd Cavad Zərif və Jan İv Le Drian görüşündə nüvə anlaşması, son region olayları və ikitərəfli mövzular barədə danışılıb.

Zərif Avropanın nüvə anlaşmasındakı yerinə yetirilməmiş öhdəliklərini xatırladıb, sadalayaraq, vurğulayıb: Avropanın tutduğu yol, problemlərin həllinə kömək etməyəcək və yeganə düzgün yol, Avropanın nüvə anlaşması öhdəliklərinin yerinə yetirilməsinə qayıtmasıdır.

İranın xarici işlər naziri cümə günü də Münhen təhlükəsizlik konfransının kənarında demişdi: Əgər Avropa öz nüvə anlaşması öhdəliklərinə əməl edərsə, İran da bu anlaşmadakı öhdəliklərini azaltmaqdan geri dönəcəkdir.

İranın xarici işlər naziri bu konfransın kənarında Xorvatiya, Oman, Çin, Finlandiya, Çexiy Respublikası, Vatikan, Kanada, Ukrayna, İspaniya, Yaponiya və Almaniyanın xarici işlər nazirləri, eləcə də ağsaqqallar mənasını verən “The Elders” təşkilatı və Avropa Birliyinin xarici əlaqələr şurasının üzvləri, Avropa Parlamentində Xalq Partiyası fraksiyasının sədri və Kanadanın baş naziri ilə görüşübdür.

 

 

Teqlər