Fev 26, 2020 11:22 Asia/Baku
  • Tramp İranın İŞİD-ə qarşı nifrətini etiraf edib
    Tramp İranın İŞİD-ə qarşı nifrətini etiraf edib

İranın xarici işlər naziri bir tvitter mesajında Trampın Amerika qüvvələrinin Suriya neftindən ötrü bu ölkədə olduqlarını və İranın İŞİD-də nifrət etdiyini vurğulayıb.

Məhəmməd Cavad Zərif dünən gecə bir tvitter mesajında yazıb: Donald Tramp bizim hamımızın bildiyimiz bir məsələni, yəni amerikalı hərbçilərin Suriya neftinə yiyələnmək üçün bu ölkədə olduqlarını etiraf edib.

Tramp həmçinin İranın İŞİD-ə nifrət etdiyini etiraf və qəbul edib ki, Suriya, Rusiya və İran İŞİD-lə mübarizə apara bilərlər.

Zərif sonra deyib: Lakin Birləşmiş Ştatlar nəinki İŞİD-lə vuruşmadı, əksinə qorxaqcasına İŞİD-in bir nömrəli düşməni olan general Soleymanini terror etdi və bunu yalnız Trampın əlaltıları və İŞİD bayram etdilər.

Tramp dünən Hindistanda bu ölkənin baş naziri Narendra Mudi ilə görüşdə Amerikanın Əlqaidə-ni, İŞİD-i və digər terror qruplarını məğlub etdiyini iddia edib və bildirib ki, Amerika kimi digər ölkələr, o cümlədən İran, Rusiya və İraq bu qruplarla mübarizə aparmalıdırlar.

 

Teqlər