Mart 18, 2020 20:24 Asia/Baku
  • COVID-19-a görə, İranda cümə namazı mərasimi keçirilməyəcək

İranda koronavirusla milli mübarizə qərargahının qərarına əsasən, bu həftənin cümə namazı mərasimi ölkənin heç bir vilayət mərkəzində keçirilməyəcək.

İran imamcümələrinin siyasət şurası bu gün bir məlumatda COVID-19 xəstəliyi amilinin tam şəkildə nəzarətə alınacağı zamanadək xalqın toplantılarda iştirakdan çəkinməsi vacibliyinə işarə edərək, bildirib ki, bu həftənin cümə namazı ölkənin heç bir vilayət mərkəzində qılınmayacaq.

İran imamcümələrinin siyasət şurası bu məlumatda belə qeyd edib: Digər rayon və bölgələrdə bu məsələ qaydaya uyğun olarq tərif olunub və vilayət komitələrinin qərarları və qənaətləri ilə təyin edilibdir.

İranda ibadi-siyasi cümə namazı mərasiminin keçirilməsi koronavirusun yayılması ilə bir zamanda indiyədək iki həftə müddətinə dayandırılıbdır.

BU HƏFTƏ İRANDA CÜMƏ NAMAZI QILINMAYACAQ- COVID-19-A GÖRƏ

Teqlər