İnqilab Rəhbərinin livanlı məktəblilərə tövsiyələri
Livandakı Əlməhdi məktəblərində «Rəhbərliyə məktub» adı altında müsabiqənin keçirilməsinin ardınca livanlı məktəblilərin İslam İnqilabının Böyük Rəhbərinə ünvanlanmış məktublar toplusu İnqilab Rəhbərinə təqdim olunub və o həzrət bu məktubları cavablandırıblar.
Həzrət Ayətullahuluzma Xameneinin Əsərlərinin Qorunması və Nəşri Mərkəzinin informasiya saytının «Yeniyetmələr və İnqilab Rəhbəri» bölməsinin dünənaxşamkı məlumatına görə, o həzrət Livandakı Əlməhdi məktəblərindən olan şagirdlərin məktublarına cavabda onların pak hissiyatlarına görə təşəkkür edərək, livanlı məktəblilərə elm, iman və dini pəhrizi tövsiyə ediblər.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin livanlı məktəbliləri əxlaq, insanlıq və təhlükəsizliyə malik olan bir dünya yaratmaq üçün səyə və daha yaxşı gələcək üçün hazır olmağa çağırıblar.
İslam İnqilabının Böyük Rəhbəri daha sonra Allah-Taaladan livanlı məktəblilər üçün səadət diləyiblər.
Livandakı Əlməhdi məktəbləri 17 şöbə və 20 mindən çox şagirdlə Livan Hizbullahı hərəkatının tabeliyində olan təlim-tərbiyə komplekslərindən biri olaraq, 1993-cü ildən mömin və məlumatlı nəsillərin təlim və tərbiyəsi istiqamətində fəaliyyət göstərir.
İNQİLAB RƏHBƏRİNİN LİVANLI MƏKTƏBLİLƏRƏ TÖVSİYƏLƏRİ