Amerika və Avropa İrana moizə oxuya bilməzlər
İranın xarici işlər naziri deyib: Amerika və Avropa BMT Təhlükəsizlik Şurasının qətnaməsini yanlış və əsassız açıqlamaqla İrana moizə oxuya bilməzlər.
Məhəmməd Cavad Zərif bu gün tvitterdəki şəxsi hesabında yazıb ki, Amerika BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə zidd gedərək, 2017-ci ildən hamıya zorakılıq etməklə məşğul olubdur.
İranın xarici işlər naziri sonra deyib: Avropa 2231 saylı qətnaməyə tabe olmaq yerinə, Amerikaya itaət edibdir. Onların heç biri Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini yanlış və əsassız açıqlamaqla İrana moizə oxuya bilməz.
Zərif söyləyib: İranın nə nüvə silahı var, nə də ki, bu cür dəhşətli silahları daşımaq üçün raketi. Tapın görün, kimin var.
Nur peykinin uğurlu atışından sonra bəzi avropalı və amerikalı rəsmilər İranın addımından nigarançılıq və 2231 saylı qətnamənin İran tərəfindən pozulduğunu iddia etmişdilər.
ABŞ VƏ AVROPA İRANA MOİZƏ OXUYA BİLMƏZLƏR