Fars Körfəzinin sərhədləri sayıqcasına idarə olunur
İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı vurğulayıb ki, Fars Körfəzinin sərhədləri iranlı sərhədçilərin kəşfiyyat məlumatları ilə qüdrətlə və sayıqcasına idarə olunur.
İran İslam Respublikasının nizam-intizam qüvvələrinin sərhəd qoşunları komandanı briqada generalı pasdar Qasem Rezayi dünən Fars Körfəzi dairəsinin sərhədlərinin vəziyyətini araşdırmaq və sərhədçilərin əməliyyat hazırlığını dəyərləndirmək üçün İranın cənubunda yerləşən Hormozqan vilayətinə səfər etdi.
Bütün İran sərhədlərinin tam təhlükəsizliyinə toxunan general Rezayi deyib ki, İran İslam Respublikası sərhədçiləri Fars Körfəzi və Oman dənizinin təhlükəsizliyində təsirli rola malikdirlər.
Dünən aprelin 29-u, portuqaliyalı müstəmləkəçilərin 1622-ci ildə İranın cənub sularından çıxarılmalarının ildönümü günü idi. Bu gün, İranda Fars Körfəzi milli günü adlandırılıbdır.