May 09, 2020 08:18 Asia/Baku
  • Zərif Quterreşə məktub yazıb

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə günü Amerikanın nüvə anlaşmasından qanunsuz şəkildə çıxması, İrana qarşı birtərəfli sanksiyaları və BMT nizamnaməsini ardıcıl şəkildə pozması barədə BMT-nin baş katibi Antonio Quterreşə məktub yazıb.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi dünən gecə tvitter-də bildiribdir ki, Zərif bu mətkubda Amerikanın nüvə anlaşmasından qanunsuz şəkildə çıxması, İrana qarşı birtərəfli sanksiyaları və BMT nizamnaməsini, xüsusən onun BMT-nin etibarı və bütövlüyünə və beynəlxalq sülh və təhlükəsizliyə şamil olan 25-ci maddəsini ardıcıl və biabırçı şəkildə pozması halları barədə mühüm cəhətləri qeyd edibdir.

Bu, son iki ay ərzində Zərifin Quterreşə ikinci maktubudur.

Zərifin Quterreşə cüməgünkü məktubu elə bir şəraitdə yazılıbdır ki, mayın 8-də Amerikanın nüvə anlaşmasından çıxmasının 2-ci ildönümü idi.

ZƏRİF ABŞ-IN ÖZBAŞINALIQLARI HAQDA QUTERREŞƏ MƏKTUB YAZIB

Teqlər