May 10, 2020 15:15 Asia/Baku
  • İnqilab Rəhbəri Qərbin koronavirusla mübarizədəki uğursuzluğunun səbəblərini açıqlayıblar

İslam İnqilabının Böyük Rəhbəri müdiriyyət bacarığı, ictimai fəlsəfə və əxlaqı Qərbin koronavirusla mübarizədəki uğursuzluğunun üş sahəsi adlandırıblar.

Həzrət Ayətullahuluzma Xamenei bu gün səhər koronavirusla milli mübarizə qərargahı ilə/ bu qərargahın üzvləri və ölkənin 31 valisinin iştirakı ilə keçirilən video-konfransda Qərbin koronavirusla mübarizə üzrə beynəlxalq bir imtahanda məğlub olmasını diqqət mərkəzinə çəkib və belə qeyd ediblər: Qərb və Qərbə aludə olanlar bu məğlubiyyətin görünməsini istəmirlər, amma bu acizliyin cəhətləri araşdırlıb, bəyan edilməlidir, zira xalqlar üçün mühüm talelərin seçilməsi məhz agahlıqdan asılıdır.

İslam İnqilabının Böyük Rəhbəri «Qərbin idarəçilik bacarıqlarının məğlubiyyəti» barədə isə belə qeyd ediblər: Koronavirus Amerika və Avropada digər ölkələrlə müqayisədə daha gec başlandı, yəni bu ölkələrin həmin virusla qarşılaşmaq üçün özlərini hazırlamağa fürsətləri var idi. Amma bunu edə bilmədilər. Amerikada və bəzi Avropa ölkələrində yoluxanlar və vəfat edənlərin yüksək rəqəmi və həmin ölkələrdə xalqların müxtəlif problemləri, o cümlədən işsizlik, bu acizlikləri isbat edir.

O həzrət «Qərbin ictimai fəlsəfəsinin» də koronavirusla mübarizədə məğlub olduğunu bildirib və belə söyləyiblər: Qərbdə ictimai fəlsəfənin ruhu və məzmunu materializmə və pula söykənir. Elə buna görədir ki, onlar koronavirus məsələsində yaşlılara, xəstələrə, pulsuz və geridə qalmış şəxslərə məhəl qoymadılar, zira bu təbəqələrin pul qazanmaq və maddiçilik yaratmaq qabiliyyətləri yoxdur. Buna görə, qocalar evlərində çoxlu sayda insan vəfət etdi. Bu gerçəkliklər Qərbin ictimai fəlsəfəsinini məğlubiyyətini də üzə çıxarır.

İslam İnqilabının Böyük Rəhbəri ictimai etikanın nümayiş etdirilməsi sahəsində Qərbdə mağazalara hücum kimi hallara işarə edərək, vurğulayıblar: Qərblilər bütün iddialarına rəğmən, bu sahədə də məğlub oldular və bu gerçəkliklər ümumi fikrə bəyan edilməlidir.

Həzrət Ayətullahuluzma Xamenei İranın xalqı və rəsmilərinin ictimai, mədəni, müalicə, səhiyyə, elm, idarəçilik və xidmət kimi müxtəlif istiqamətlərdə koroanvirusla mübarizə sahəsindəki faəliyyətlərini «cihadi, əzəmətli və iftixarlı bir hərəkət» adlandırıb və belə vurğulayıblar: Əziz İran xalqı özünün mətin və səbirli rəftarı ilə doğrudan da çox yaxşı parladı və islami-irani mədəniyyəti cilvələndirdi.

İNQİLAB RƏHBƏRİ QƏRBİN UĞURSUZLUQLARININ SƏBƏBLƏRİNİ AÇIQLAYIBLAR

Teqlər

Şərhlər