May 13, 2020 07:53 Asia/Baku
  • İİR XİN Kabil terror hücumlarını pisləyib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə axşamı günü Kabildəki bir xəstəxanaya edilmiş terror hücumlarını pisləyib.

SaharAzeri-nin bildirdiyinə görə, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi Kabildəki bir xəstəxanaya edilmiş terror hücumlarına, Nəngərharda bir dəfn mərasiminə edilmiş basqına, həmçinin Əfqanıstanın müxtəlif bölgələrində atılmış hərbi addımlara işarə edib. O, mülki şəxslərə və məkanlara qarşı hücumları pisləyib və Əfqanıstanda zorakılıq dairəsinin genişlənməsindən nigarançılıq edibdir.

Mousəvi həmçinin Əfqanıstanın hökuməti və xalqlının, xüsusən də son hadisələrdə ölənlərin ailələrinin kədəri ilə bölüşərək, hərbi əməliyyatlarda iştirak edən bütün qüvvələrdən istəyibdir ki, mübarək Ramazan ayının hörmətinə hər hansı bir hərbi əməliyyatı dayandırmaqla Əfqanıstanda davamlı sülh və danışıqlara zəmin yaratsınlar.

Çərşənbə axşamı günü İŞİD terror qrupunun Kabil şəhərinin qərbində yerləşən bir xəstəxanaya qarşı hücumunda qadınlar və körpələr də daxil olmaqla on beş mülki şəxs həyatını itirib, 16 nəfər də yaralanıbdır.

Nəngərhar vilayətində edilmiş digər bir terror hücumunda da 24 nəfər ölüb, 68 nəfər isə yaralanıbdır.

İİR XİN KABİL TERROR HÜCUMLARINI PİSLƏYİB

Teqlər