May 19, 2020 07:29 Asia/Baku
  • İranın kosmik proqramının uğuruna etiraf

Nyu-Yorkda yerləşən «Sufan» kəşfiyyat qrupu bir məumatda etiraf edibdir ki, İran öz kosmik proqramının hesabına regional gücə çevrilibdir.

SəhərAzəri xəbər verir, Amerika Federal Təhqiqat Bürosunun keçmiş üzvü Əli Sufanın tabeliyində olan «Sufan» kəşfiyyat qrupu bazar ertəsi günü yaydığı analitik bir məlumatda İranın kosmik proqramının onun regional gücə çevrilməsindəki rolunu vurğulayıb.

Sufan mərkəzinin məlumatında deyilir: «Nur» süni peykinin uğurlu atışı göstərir ki, İran öz kosmik qabiliyyətindən istifadə etmək niyyətində ola bilər.

Sufan mərkəzinin məlumatında sonra deyilir: İranın kosmik və raket texnologiyası son illər ərzində diqqətəlayiq irəliləyişə malik olub və İranın inkişaf etməkdə olan regional bir güc kimi meydana çıxmasına kömək edibdir.

Bu məlumatda daha sonra deyilir: Amerika və müttəfiqləri İran qarşısında çəkindiricilik yaratmaq qüdrətinə malik deyillər və İranın bacarığı ehtimal üzrə elə bir nöqtəyə çatıbdır ki, sanksiyalar və ya diplomatik təcrid yolu ilə İranın strateji nüfuzunu aradan götürmək çox çətin olacaqdır.

Bu mərkəz vurğulayıb: «Nur» süni peykinin kosmosa göndərilməsi İranın məqsəd və qabiliyyətlərini dəyərləndirmək ardınca olan Amerikanın və bu ölkənin müttəfiqlərinin mütəxəssislərini heyran edibdir.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah ötən ay İran İslam Respublikasının ilk hərbi peyki kimi «Nur» peykini üçetaplı «Qased» peykdaşıyıcı vasitəsilə kosmosa buraxaraq, yerin 425 kilometrlik orbitində yerləşdirdi.

Teqlər