Mübarək Fitr bayramı münasibəti ilə
Ali Rəhbərimiz əfv fərmanı imzalayıb
May 23, 2020 16:57 Asia/Baku
Ali Rəhbəri həzrət Ayətullah-əl-üzma Xamenei Ramazan bayramı münasibəti ilə bir qrup məhkumun əfvi, yaxud cəzasının yüngülləşdirilməsinə razılıq verib.
SəhərAzəri xəbər verir, əfv olunanlar siyasi və mülki məhbuslar, həmçinin hərbi cinayətlərə görə həbs edilmiş şəxslərdir.
Qeyd edək ki, İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Seyid İbrahim Rəisi mübarək Fitr bayramı ilə əlaqədar olaraq, Ali Rəhbər Həzrət Ayətullah-əl-üzma Xameneiyə məktubla müraciət edib. Məktubda 3721 məhbusun əfv olunması, cəzasının yüngülləşdirilməsi, yaxud dəyişdirilməsi xahiş olunur. Ali Rəhbər həmin təklifi müsbət cavablandırıb və fərman imzalayıb.