İyun 03, 2020 07:27 Asia/Baku
  • İnqilab Rəhbəri bu gün televiziya ilə çıxış edəcəklər

İslam İnqilabının Böyük Rəhbəri bu gün, iyunun üçündə Həzrət İmam Xomeyni(r.ə)-in vəfatının 31-ci ildönümü münasibətilə media vasitəsi ilə canlı şəkildə çıxış edəcəklər.

SaharAzeri xəbər verir, İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı Tehran vaxtı ilə çərşənbə günü səhər saat 11-ə KHAMENEI.IR saytından, instaqramdan, tvitterdən və daxili radio və televiziya kanallarından canlı surətdə yayımlanacaq.

Hər il Həzrət Ayətullahuluzma Xameneinin çıxışı ilə İmam Xomeyni(r.ə)-in pak hərəmində keçirilən İran İslam Respublikasının banisinin vəfatının ildönümü mərasimi ölkənin koronavirusla milli mübarizə qərargahının toplantıların keçirilməməsinə dair səhiyyə sərəncamlarına əsasən, bu il pak hərəmdə keçirilməyəcəkdir.

Bu gün, çərşənbə, 1399-cu günəş ili xordad ayının 14-ü, iyunun üçü, Həzrət İmam Xomeyni(r.ə)-in vəfatının 31-ci ildönümünə təsadüf edir.

İNQİLAB RƏHBƏRİ BU GÜN MEDİA İLƏ CANLI ÇIXIŞ EDƏCƏKLƏR

Teqlər

Şərhlər