Zərif Trump-a cavab olaraq:
Məsləhətçiləriniz axmaqcasına qumar oynayırdılar.
Trumpın tvitlərinə cavab olaraq Xarici İşlər Nazirimiz Zərif yazıb: Müşavirləriniz – indiyə qədər əksəriyyəri vəzifədən azad olunmiş - Axmaqcasına qumar edirdilər. Bu səhvi düzəltmənin zamanını siz təyin etməlisiz.
SəhərAzəri-nin Tasnim Xəbər Agentliyinə istinadla verdiyi məlumatına görə, Donald Trumpın tvitlərinə cavab olaraq, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yazıb: sizin əlaltılarınızın tədbirlərinin əksinə, biz humanist bir mübadilə modelinə nail olduq.
İran Xarici İşlər naziri əlavə olaraq yazıb: Sizin Ağ Evin ofisinə girdiyiniz zaman bir razılaşmamız var idi. İran və BMT Təhlükəsizlik Şurasının digər üzvləri heç vaxt masadan ayrılmadılar.
Zərif yazısını belə yekunlaşdırıb: Müşavirləriniz – indiyə qədər əksəriyyəri vəzifədən azad olunmiş - Axmaqcasına qumar edirdilər. Bu səhvi düzəltmənin zamanını siz təyin etməlisiz.
ABŞ prezidenti bu cümə günü səhər tvitter səhifəsində, "Mayklın evə gəlişinin çox həyəcanlı olduğunu" qeyd edərək, İrana təşəkkür etdi və "böyük bir razılaşma" çağırdı.
Trump əvvəlki tvitində də İran və Amerikalı məhbusların mübadiləsi əməliyyatının iki ölkə arasında razılığa gəlmə ehtimalını göstərdiyini iddia etdi.