İyun 10, 2020 08:43 Asia/Baku
  • General Hacızadə:

İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın Aerokosmik qüvvələrinin komandanı General Əmirəli Hacizadə, şəhid "Əli Səyyad Şirazi"nin qisası əməliyyatının il dönümündə İran İslam Respublikası Ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu Sepah arasında dostluq və qardaşlığın dərin köklərə malik olduğunu söyləyib.

SaharAzeri xəbər verir, şəhid "Səyyad Şirazi" və şəhid "Hacı Qasim Sülrymani"nin qisası əməliyyatlarında İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın fəaliyyətində heç bir fərqin olmadığını vurğulayan general-mayor Əmirəli Hacızadə ordu generalı şəhid Səyyad Şirazinin qisası əməliyyatının İnqilab keşikçiləri ünün şərəf məsələsi olduğunu qeyd edib.

səkkiz illik Müqəddəs Müdafiə komandanlarından olan Ordu generalı Əli Səyyad Şirazi 1999-cu il Tehranda "Münafiqlər" terror qruplaşmasının ünsürləri tərəfindən şəhid edildi.

Bu terror aktından qısa müddət sonra İnqilab keşikçilərinin raket bölməsi İraqda terrorçu Münafiqlərin yerləşdiyi "Əşrəf" adlı bazaya onlarla raket zərbəsi endirərək, oranı darmadağın etdi.

Münafiqlər terror qruplaşması ABŞ və Fransa başda olmaqla, Qərb ölkələri tərəfindən dəstəklənir.

Bu qruplaşma İslam İnqilabının əvvəlindən indiyədək müxtəlif terror əməliyyatlarında 17 mindən çox İran vətəndaşını terror ediblər.

 

 

Teqlər