İyun 23, 2020 07:35 Asia/Baku
  • Zaxarova Avropa üçlüyünün İrana qarşı təzyiqini pisləyib

Rusiya xarici işlər nazirliyinin sözçüsü İngiltərə, Almaniya və Fransanın MAQATE-yə anti-İran qətnamə təqdim etmək üzrə hərəkətlərini tənqid edib.

SəhərAzəri xəbər verir, Rusiya xarici işlər nazirliyinin sözçüsü Bildirib ki, Avropa üçlüyünün agentlikdə İrana qarşı təzyiqi, həmçinin ixtilafların həlli mexanizminin fəallaşdırılması barədəki təxminlər bu ölkələrin nüvə anlaşmasına sədaqət barədəki iddialarının əksinə gedir.

Mariya Zaxarova bildirib ki, Çin və Rusiya bu qətnaməyə qarşı olublar. O, sonra söyləyib: Moskva indiyədək dəfələrlə Avropa üçlüyündən istəyibdir ki, İrana qarşı maksimum təzyiq siyasətinin tərəfdarlarını müşayiət etməsin, zira onlar siyasi və real baxımlardan tam şəkildə özlərini etibardan salıblar.

Rusiya xarici işlər nazirliyinin sözçüsü ümid etdiyini bildiribdir ki, Berlin, London və Parisin siyasətlərinin prioritetində nüvə anlaşmasının qorunması və onun icra etaplarının ilkin anlaşma çərçivəsinə geri dönməsi kimi mühüm hədəflər durmuş olacaq.

MAQATE-nin direktorlar şurası ötən cümə günü İngiltərə, Almaniya və Fransanın təzyiqi ilə İrana qarşı siyasi bir qətnamə qəbul etdi.

İngiltərə, Almaniya və Fransa bu qətnamədə Amerikanın diqqətini çəkmək üçün agenliklə maksimum səviyyədə əməkdaşlıq etdiyi bir halda, İran İslam Respublikasını Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə tam şəkildə həmkarlıq etməməkdə ittiham etdilər.

 

Teqlər