İyun 28, 2020 08:07 Asia/Baku
  • Zərif:

İranın xarici işlər naziri Sərdəşt şəhərinə kimyəvi hücum faciəsində iki təzahürün yəni insanlıq və vəhşiliyin təzahürünün mövcudluğuna toxunaraq, deib: "İran İslam Respublikası vəhşiliklə mübarizə aparmaq üçün öz insani prinsiplərini pozmur".

SəhərAzeri xəbər verir, İraqın Bəəs rejimi 1987-ci il iyunun 28-də kimyəvi bombalardan istisadə edərək, İranın sərhəd şəhəri olan Sərdəşti bombaladı, bu hücumda şəhərin mülki əhalisidən 119 nəfər şəhid oldu, səkkiz min nəfərdən çox insan da zəhərli qazlara məruz qalaraq, kimyəvi zədə aldı.

Məhəmməd Cavad Zərif kimyəvi hücumun şəhidləri və qazilərinin xatirəsinə həsr edilmiş, Tehranda video konfrans formatında keçirilən "Yanmış Nəfəslərin" milli kongresində deyib: "Bəlkədə Sərdəşt Bəəs rejimin İranda törətdiyi vəhşiliklərin və Hələbçə bu rejimin İraqdakı vəhşiliklərinin kulminasiya nöqtəsi idi, Lakin bunlar, belə qeyri-insani rəftarların yeganə nümunəsi deyildi.

Səddam rejiminin İrana hücumda kimyəvi silahlardan istifadə etməsinə toxunan Məhəmməd Cavad Zərif deyib: "Tehran bu həqiqətləri dəfələrlə beynəlxalq ictimaiyyətə, BMT və Təhlükəsizlik Şurasına çatdırsa da, təəssüf ki, bütün maraqlarını təcavüzkar rejimi dəstəkləməkdə görən güclülər susdular".

İranın xarici işlər naziri BMT-nin heç vaxt Səddam rejiminin vəhşiliyini qınamadığını söyləyərək, qeyd edib ki, hətta BMT-nin o zamankı Baş katibinin bir sədəddə Səddam rejiminin İrana təcavüzünü rəsmi şəkildə dünyaya elan etməsinə baxmayaraq, Təhlükəsizlik Şurası İraqın təcavüzünü qınamaqdan imtina etdi və bu məsələ hegemon güclərin Təhlükəsizlik Şurasındakı davranışlarının reallığıdır.

M.C.Zərif, həmçinin ABŞ hökumətinin insan haqlarına hörmət etmədiyini vurğulayaraq, ABŞ-ın qeyri-İnsani sanksiyalar yolu ilə kimyəvi hücumların qurbanları, xəstələr və qazilərə lazım olan dərmanların təmin edilməsini əngəllədiyini söyləyib.

İranın xarici işlər naziri xatırladıb: "Səddam rejimi tərəfindən kimyəvi silahların istifadə edilməsi İran xalqı üçün başıucalıq və onun səbəbkarları üçün alçaqlıq, zəlalət və qınaqdan başqa bir töhfəsi olmayıbdır.

 

 

Teqlər