İyun 30, 2020 17:23 Asia/Baku
  • İran COVİd-19 virusuna qarşı peyvənd hazırlayır

İranın Səhiyyə, Müalicə və Tibbi Təsil nazirliyi deyib: "İran koronavirusa qarşı peyvəndin istehsalı sahəsində böyük addımlar atıb və tezliklə bu vaksinin insanlar üzərində sinağına başlanacaq".

SəhərAzəri xəbər verir, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil naziri Səid Nəməki Tehranda keçirilən Farmeks 2020 Dərman Preparatları Sərgisinin açılış mərasimində iranlı mütəxəssislərin COVİD-19-a qarşı peyvənd hazırlamaq üzrə səylərinə toxunaraq, deyib: "İranın hazırladığı vaksin hevanlar üzərində uğurla sınaqdan keçirilib və tezliklə bu vaksinin insanlar üzərində sınağına başlanacaq".

Nəməki həmçinin deyib: "İranda çətin sanksiya şəraitinə baxmayaraq,  heç bir xəstə əsas dərmanların təminində problem yaşamadı".

"İran dərmanların xammalı və təsiredici maddələrinin istehsalı sahəsində bölgənin ən güclü ölkələrindən biridir və bu gün alimlərin və elmi biliklərə əsaslanan  şirkətlərin səyləri nəticəsində İran dərman xammalının əsas ixracatçılarından biridir", -deyə Səid Nəməki əlavə edib.

Rəsminin sözlərinə görə, İran yaxın gələcəkdə bütün dünyaya ən ucuz və dünya istehsalçılarının etibar edə biləcəyi ən yüksək keyfiyyətdə dərman xammalının böyük ixracatçılarından biri olacaq.

İranın Səhiyyə naziri həmçinin deyib: "İran koronavirusun dünyada geniş yayıldığı bir dönəmdə gənclərin və istehsal şirkətlərinin köməyilə 60 gün ərzində qoruyucu və tibbi ləvazimatın idxalatçısından bu vasitələrin ixracatçısına çevrildi".

"Farmeks Qərbi Asiya 2020" Bəynəlxalq Əczaçılıq Sənayesi Sərgisi bu sənayenin mütəxəssisləri və istehsalçılarının iştirakı ilə və İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil nazirinin onlayn iştirakı ilə bugün tehranda fəaliyyətə başlayıb.

Teqlər

Şərhlər