İyul 05, 2020 16:31 Asia/Baku
  • İranda 201 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 201 min nəfərdən çox COVID-19 xəstəsinin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 560 yeni  koronavirus xəstəsi aşkar edilib. 1295 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirus xəstələrinin ümumi sayı 240 min 438 nəfər olub. O, həmçinin ötən sutka ərzində 163 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on bir min 571 nəfərə çatıbdır.

Teqlər

Şərhlər