İyul 09, 2020 18:30 Asia/Baku
  • Parlamentlərin qanunvericilik mehvəri, zalımcasına sanksiyaların qarşısının alınması olsun

İran İslam Şurası Məclisinin sədri Asiya Parlamentlər Assambleyasının virtual iclasında deyib ki, koronavirus pandemiyasından sonrakı dövrdə parlamentlərin qanunvericilik mehvəri, zalımcasına sanksiyaların qarşısının alınması olsun.

SəhərAzəri xəbər verir, İran İslam Şurası Məclisinin sədri Mohəmməd Baqer Qalibaf bu gün Türkiyənin təşkilatçılığı ilə keçirilən Asiya Parlamentlər Assambleyasının birinci virtual iclasında parlamentlərin rollarının önəminə və qanunvericilər sisteminin anlaşma tərzinə təkid edib. Qeyd edib ki, iqtisadi parlament diplomatiyasını və onun Asiya parlamentlərinin üzvləri arasında iqtisadi rövnəqin irəlilədilməsindəki rolunu nəzərə almaq lazımdır.

Qalibaf sonra İran xalqının koronavirus pandemiyası ilə qarşılaşmadakı problemlərinə toxunub. Qeyd edib ki, təzyiqlərin olmasına, həmçinin beynəlxalq təşkilatların/ Amerikanın İran xalqı da daxil olmaqla xalqlara qarşı iqtisadi sanksiyalarının aradan qaldırılması və ya azaldılması üzrə xahişlərinə rəğmən, koronavirus böhranı şəraitində Vaşinqtonun maksimum təzyiq siyasəti artmaqda davam edir.

İran İslam Şurası Məclisinin sədri koronavirus pandemiyası şəraitində Amerikanın qeyri-insani hərəkətlərinin pislənilməsi vacibliyini vurğulayıb.

Qalibaf həmçinin sionist rejimin ekspansianist siyasətlərindən təəssüf ifadə edib və belə deyib: İran İslam Şurası Məclisi Fələstin xalqını himayə edib, sionist rejimin bəşəriyyətə zidd və qanunsuz niyyətlərini pisləyərək, dünya ictimaiyyətindən, xüsusən Asiya Parlamentlər Assambleyasından bu rejimin işğalçılıq və ekspansianist hərəkətlərinin dərhal dayandırılması üçün bütün parlament mexanizmlərindən istifadə etmələrini istəyir.

Teqlər