General Baqeri Bəşşar Əsədlə görüşüb
Suriyada səfərdə olan İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi bu ölkənin prezidenti ilə görüşüb.
SəhərAzəri xəbər verir, İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor pasdar Mohəmməd Baqeri dünən Dəməşqdə Suriya prezidenti Bəşşar Əsədlə görüşdə deyib: Tehran İran və Suriya xalqları üçün qarşılıqlı maraqlara malik olduğuna görə, iki dost ölkə əlaqələrinin müxtəlif sahələrdə güclənməsinin davam etməsinə önəm verir.
Bəşşar Əsəd də Tehran ilə Dəməşq arasında hərbi həmkarlıq barədə müqavilənin imzalanmasına işarə edib. Qeyd edib ki, Suriya ilə İran arasındakı strateji əlaqələr səviyyəsini göstərən bu müqavilə Suriyada terrorçularla mübarizə üzrə əməkdaşlığın və birgə fəaliyyətin nəticəsidir.
İran və Suriyanın hərbi həmkarlığı barədə əhatəli müqavilə Dəməşqdə general-mayor Baqeri və Suriyanın müdafiə naziri və bu ölkənin silahlı qüvvələrinin komandan əvəzi general-leytenant Əli Abdullah Əyyub arasında cərəyan edən müzakirələrin sonunda imzalanıbdır.