İyul 13, 2020 15:39 Asia/Baku
  • İranın cənubunda əcnəbi casusluq xidmətlərinin agentləri həbs olunublar

Kermanın İslam İnqilabı Məhkəməsinin sədri İranın bu cənub vilayətində əcnəbi casusluq xidmətlərinin agentlərindən bir qrupunun həbs olunmasından xəbər verib.

SəhərAzəri xəbər verir, Kermanın İslam İnqilabı Məhkəməsinin sədri Əhməd Qorbani bu gün deyib: Kermanda əcnəbi casusluq xidmətlərindən asılı olan bir qrup ünsür həbs olunub və təhqiqat etapları keçildikdən sonra onların barəsində qanuni hökm çıxarılıbdır.

Qorbani əlavə edib: Kermandakı qaragüruhların bir qrup üzvü də həbs olunub və bu vilayətin İslam İnqilabı Məhkəməsində onların təqsirlərinə baxılaraq, barələrində hökm çıxarılıbdır.

Teqlər