İyul 14, 2020 07:34 Asia/Baku
  • “İranın təcrid olunmasının sonu”

ABŞ-dakı ekstremist bir anti-İran siyasətçisi İran-Çin əməkdaşlıq sənədini "İranın təcridinə son qoyacaq" iki ölkə arasındakı tərəfdaşlığın başlanğıcı kimi xarakterizə edib.


SəhərAzəri xəbər verir, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Haley, İran-Çin əməkdaşlıq sənədini “İranın qlobal təcridinə son qoyacaq bir inkişaf sənədi” adlandırıb. 
"Çin İranın qlobal təcridinə son qoymaq üçün İran ilə tərəfdaşlıq etdi" deyə Haley Twitter-də İran-Çin əməkdaşlığını "təhlükəli bir inkişaf" olaraq xarakterizə edən ABŞ mediası Axius-a istinadən bir yazı paylaşıb.
Nikki Haley əlavə olaraq yazıb: “Bu əməkdaşlıq Çinin İranda bank, telekommunikasiya, liman, dəmir yolu və digər layihələrdə iştirakını çox genişləndirir.”
Qeyd edək ki, İyulun 21-də İran İslam Respublikasının Nazirlər Kabineti tərəfindən 25 illik İran-Çin Hərtərəfli Əməkdaşlıq Planının yekun layihəsi təsdiqlənib və Xarici İşlər Nazirliyinə sənəd Çin tərəfi ilə imzalanana qədər son addımların atılması tapşırılıb.

Teqlər

Şərhlər