İyul 16, 2020 14:24 Asia/Baku
  • İİR XİN sözçüsü Ərdəbil valisi ilə görüşüb

İran Xarici İşlər Nazirliyinin sözçüsü Ərdəbil vilayətinin qonşularla birgə layihələr icra etməsini ölkənin prioritetlərindən adlandırıb.

SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi bu gün Ərdəbil valisi Əkbər Behnamcu ilə görüşdə deyib ki, bu vilayət yaxşı sərhəd imkanlarına malikdir və bu  fürsətdən bölgənin iqtisadi inkişafı üçün ən yaxşı tərzdə istifadə olunmalıdır.

Mousəvi Ərdəbil vilayətinin sərhəddə yerləşməsini bu vilayət və ölkə üçün bir məziyyət adlandırıb və belə deyib: İran on beş ölkə ilə qonşudur. Bu məziyyətdən istifadə, sanksiyalar üzərində qələbədə təsirli olub və olacaqdır da.

Ərdəbil valisi də bu görüşdə deyib: Ərdəbil vilayəti Azərbaycan Respublikaı ilə 369 kilometrlik sərhədə malikdir və vilayətin iqtisadi inkişafında bu imkandan istifadə üçün lazımi proqramlaşdırmalar aparılıb.

Əkbər Behnamcu bu bölgədə bağ və kənd təsərrüfatı məhsullarının artmasına, eləcə də ölkənin kartof, buğda və mərci kimi məhsulların istehsalı sahəsində üstün mövqelərə malik olmasına işarə edib. O, vilayət məhsulları ixracatının artırılması üçün dəmiryolu üzrə yük daşınmasının yaradılmasını zəruri bir məsələ adlandıırb.

Behnamcu sonra söyləyib: Dəmiryolu xəttinin/ Azərbaycan Respublikaı ilə iqtisadi əlaqələrin genişləndirilməsi, həmçinin sərnişin və yük daşınması üçün əlaqə infrastrukturu kimi icra edilməsi son bir neçə ildə vilayətdə həyata keçirilmiş proqramalardandır.

Behnamcu deyib: İqtisadi-ticari mübadilələrin genişləndirilməsi istiqamətində qonşu hökumət və ölkə tərəfindən lazımi fəaliyyətlər göstərilib və müştərək sənaye şəhərciyinin salınması üçün lazımi məkan müəyyən edilibdir.

O, dəmiryolu nəqliyyatına yaxınlığı müştərək sənaye şəhərciyinin salınması üçün lazım olan məkanın seçilməsi üzrə ən mühüm dəillərdən adlandırıb.

Teqlər

Şərhlər