İyul 18, 2020 12:57 Asia/Baku
  • İran koronavirusun müalicəsində təsirli olan beş dərman əldə edib

İran prezidenti ölkənin səhiyyə nazirliyinin və startap şirkətlərinin koronavirusun müalicəsində təsirli olan beş dərman əldə etmələrindən xəbər verib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının prezidenti Həsən Ruhani bu gün Koronavirus Xəstəliyi ilə Milli Mübarizə Qərargahının iclasında deyib: Koronavirusun müalicəsində təsirli ola biləcək dərmanlar baxımından ölkədə çox yaxşı işlər görülüb və belə bir halda, qarşıdakı həftələrdə bir dərman təqdim olunacaqdır.

Ruhani həmçinin İranda vaksina istehsalı üzrə səylərin davam etməsinə işarə ilə ümidvarlıq edibdir ki, tədqiqatçıların bu sahədəki səyləri də yaxşı nailiyyətlər əldə edəcək.

İran İslam Respublikasının prezidenti sonra bir daha ölkənin müalicə kadrına təşəkkür edib. Bildirib ki, sağlamlığın müdafiəsi cəbhəsinin insan qüvvələrinin asayişi, məqsədi və sağlamlığının qorunması zəruridir.

Səhiyyə nazirliyinin son statistikalarına görə, ölkədə COVID-19 xəstələrinin sayı təqribən 269 min nəfərə çatıbdır ki, bu miqdardan 232 mindən çox xəstə sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər