İran XİN başçısı Moskvaya gedəcək
İyul 20, 2020 15:23 Asia/Baku
İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif-in iyulun 21-də Moskvaya səfəri planlaşdırılıb.
SəhərAzəri “Mehr” agentliyinə istinadla xəbər verir, Məhəmməd Cavad Zərif, səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Həmin Səfər çərçivəsində regional və beynəlxalq məsələlərin, habelə ikitərəfli münasibətlərə dair mövzuların müzakirəsi gözlənilir.
Qeyd edək ki, iyulun 19-da M.C.Zərif İraqın paytaxtı Bağdadda səfərdə olub, orada həmin ölkə rəsmiləri ilə görüşüb.