İyul 22, 2020 07:06 Asia/Baku
  • “İran başıuca və müstəqil İraq istəyir və Amerika güclü İraqın düşmənidir”

İslam İnqilabının Böyük Rəhbəri bildiriblər ki, İran daxili birliyi olan və ərazi bütövlüyü qorunan başıuca bir İraq istəyir. O həzrət vurğulayıblar ki, Amerika sözün əsl mənasında, düşməndir və İraqın müstəqil, güclü və əksəriyyətin səsi ilə seçilmiş bir hökumətə malik olmasını istəmir.

SəhərAzəri xəbər veriri, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei dünən axşam İraqın baş naziri Mustəfa Əlkazimi ilə görüşdə İranın, İraq hökumətinin zəifləməsinə səbəb olacaq hər hansı addımla müxalif olmasına işarə və belə qeyd ediblər: İkitərəfli əlaqələrdə İran İslam Respublikası üçün olduqca mühüm olan məsələ, İraqda şəraitin yaxşılaşması, İraqın gücü, izzəti, təhlükəsizliyi və maraqlarıdır.

Image Caption

 

Həzrət Ayətullahuluzma Xamenei bildiriblər ki, amerikalıların İraq barədəki baxışları düz, İranın əksinədir. O, həzrət söyləyiblər: İran İraqın Amerika ilə əlaqələrinə qarışmır, amma bunu gözləyir ki, iraqlı dostlar Amerikanı tanısınlar və bilsinlər ki, Amerikanın hər bir ölkədə iştirakı pozğunluq, xarabalıq və dağıntı mənşəyidir.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin belə qeyd ediblər: İran İslam Respublikası gözləyir ki, İraqın hökuməti, xalqı və məclisinin amerikalıların bu ölkədən çıxmaları üzrə qərarı izlənilsin, zira onların mövcudluğu əmin-amansızlığa səbəb olacaq.

O həzrət Amerikanın şəhid general-leytenant Qasem Soleymani və şəhid Əbu Məhdi Əlmuhəndisi terror etmək üzrə cinayətini amerikalıların iştiraklarının nəticəsindən bir nümünə adlandırıb və belə vurğulayıblar: İran İslam Respublikası heç vaxt bu məsələni unutmayacaq və mütləq amerikalılara cavab zərbəsini vuracaqdır.

İslam İnqilabının Böyük Rəhbəri sonra deyiblər: Əlbəttə, İran-İraq əlaqələrinin genişlənməsinin müxalifləri vardır ki, onların başında Amerika durur, lakin heç bir vəchlə Amerikadan qorxmaq lazım deyil, zira o, heç bir qələt eləyə bilməz.

Həzrət Ayətullahuluzma Xamenei həmçinin mərcəiyyəti və şəxsən, Ayətullah Sistanini İraq üçün böyük bir nemət adlandırıblar və qeyd ediblər ki, Həşduşşəbi İraqda digər bir böyük nemətdir və onu qorumaq lazımdır.

İraqın baş naziri də İslam İnqilabının Böyük Rəhbəri ilə görüşü böyük bir səadət adlandırıb. O, İranın, müxtəlif dövrlərdə, xüsusən təkfirçilər və İŞİD-lə müharibə dövründə İraqa verdiyi dəstəkləri və göstərdiyi mövqeləri yüksək qiymətləndirib və belə söyləyib: İraq xalqı heç vaxt İranın himayələrini unutmayacaq və həqiqət budur ki, iraqlılar və iranlıların qanları təkfirçilərlə müharibədə bir-birinə qarışıbdır.

Mustəfa Əlkazimi vurğulayıb: İran-İraq əlaqələri Əhli-Beyt(ə)-ə hörmət və məhəbbət dayağı ilə/ uzun dini, mədəni və tarixi keçmişə malik olan dərin bir əlaqədir.

Əlkazimi həmçinin İslam İnqilabının Böyük Rəhbərinə xitabən deyib: Sizin nəsihət və yolgöstərmələriniz problemlərin həllinin açarıdır və mən bu yolgöstərmələrə görə təşəkkür edirəm.

Teqlər