Musəvi: "İranda baş verən son yanğınların kiber hücumla heç bir əlaqəsi yoxdur"
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İrana qarşı kiber hücum və təxribatla bağlı iddialara cavab olaraq, deyib: "Son yanğınların kiber hücumla heç bir əlaqəsi yoxdur".
SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Seyid Abbas Musəvi bəzi rejimlər və hökumətlər tərəfindən İrana qarşı təxribat və kiber hücumlarla bağlı iddialar barədə deyib: "İranın infrastrukturlarına gündəlik minlərlə kiber hücum olunur. Bu yeni bir şey deyil və bu hücumların əksəriyyəti müdafiə sistemləri və "kompüter qəzalarına qarşı reaksiya qrupları" tərəfindən dəf edilir.
Musəvi İranda baş verən son yanğınların kiber hücumlar, həmçinin ABŞ prezidentinin İrana və bir neçə digər ölkəyə qarşı kiber hücum həyata keçirməklə bağlı göstərişi ilə heç bir əlaqəsinin olmadığını söyləyib.
Onun sözlərinə görə, bu gündən etibarən İrana qarşı edilən hər hansı bir kiber hücumda ABŞ əsas şübhəli qismində məsuliyyət daşıyacaq, məgər inki bunun əksi sübuta yetirilə.
İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi rəsmi Tehranın ABŞ hökumətinin qeyri-qanuni və cinayətkarcasına göstərişini, həmçinin onun məsuliyyətinin sübut olunmasını beynəlxalq xətlə axtarışa verəcəyini gündəmə gətirəcəyini söyləyib.
Seyid Abbas Musəvi vurğulayıb ki, İran lazımi vaxtda müvafiq və adekvat qarşılıq vermə hüququnu özündə saxlayır.