İranda 259 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
https://azeri.sahartv.ir/news/İran-i365267-İranda_259_min_nəfərdən_çox_koronavirus_xəstəsi_sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 259 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2020 13:41 Asia/Baku
  • İranda 259 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 259 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 636 yeni koronavirus xəstəsi aşkar edilib . Onlardan min 604 nəfər xəstəxanaya yerləşdirilib, yerdə qalan xəstələrə isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 298 min 909 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 196 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 16 min 343 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyinin sözçüsü qeyd edib ki, indiyədək 259 min 116 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.