Avq 02, 2020 09:06 Asia/Baku
  • Musəvi: ABŞ terrorçuları dəstəkləməsinə görə cavab verməlidir

ABŞ "Tondər" terror qruplaşması və bu ölkə ərazisindən İran xalqına qarşı terror aktları planlaşdıran bütün terror qruplaşmalarını dəstəkləməsinə görə cavab verməlidir.

SəhərAzəri-nin məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Abbas Musəvi deyib. 

"Tondər" terror qruplaşmasının başçısı Cəmşid Şarmehdin ələ keçirilməsi əməliyyatını yüksək qiymətləndirən İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri əlavə edib: İran xalqının kənarında olduğunu iddia etməsinə rəğmən ABŞ rejimi İranda terror aktlarını planlaşdıran, günahsız insanların qanını axıdan terrorçulara öz ərazisində sığınacaq verir, onları müxtəlif formada dəstəkləyir. 

Musəvi daha sonra ABŞ rejiminin rəftarlarına kəskin etiraz bildirdi və dedi: ABŞ "Tondər" terror qruplaşması və bu ölkə ərazisindən İran xalqına qarşı terror aktları planlaşdıran bütün terror qruplaşmalarını dəstəkləməsinə görə cavab verməlidir.

Teqlər