İranda 272 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən iki min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 272 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 751 yeni koronavirus xəstəsi aşkar edilib . 1560 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 314 min 786 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 212 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on yeddi min 617 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək 272 min 535 xəstə sağalıb və xəstəxanalardan buraxılıbdır.
Dünyada koronavirusa yoluxanların sayı da on səkkiz milyon 444 min 642 nəfəri ötüb keçibdir. Onlardan azı 697 min nəfər həyatını itirib, azı on bir milyon 675 min 539 nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.