İran XİN sözçüsü Livan xalqı və hökumətinə baş sağlığı verib
Avq 05, 2020 07:03 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü, yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olan Beyrutda meydana gələn güclü partlayışın təəssüfləndrici və nigaran edici olduğunu bildirərək deyib: "Biz bu hadisəni və onun xəbərlərini böyük kədərlə izləyirik."
SəhərAzəri xəbər verir, Seyid Abbas Musavi, İran İslam Respublikası xalqı və hökuməti adından Livan xalqı və hökumətinə başsağlığı verərək, ölkəmizin Livanlı qardaş və bacılarına kömək etməyə hazır olduğunu vurğulayıb.
O həmçinin İran xalqı və hökumətinin Livan hökuməti və xalqı ilə bu çətin və ağır vəziyyətdə həmrəy olduğunu da vurğulayıb.