Avq 07, 2020 18:20 Asia/Baku
  • İranda təqribən 279 min COVID-19 xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə 2 min 450 nəfərdən çox yeni koronavirus xəstəsinin aşkar edilməsi və təqribən 279 min nəfər xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 450 yeni koronavirus xəstəsi aşkar edilib . 1145 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 322 min 567 nəfərə çatıbdır. O, həmçinin ötən sutka ərzində 156 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı on səkkiz min 132 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 279 min 724 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər