İranda koronavirusdan ölənlərin sayı azalır
İranda koronavirusdan ölənlərin sayı azalır
İranda son sutka ərzində koronavirusa 2 125 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 324 692 nəfərə çatıb.
Sahar Azari bildirir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
Nazirlik rəsmisi bildirib ki, İranda ötən sutka ərzində daha 132 nəfər koronavirusdan (COVID19) ölüb və bu ötən günlərlə müqayisədə ölüm hallarının azaldığını göstərir.
Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində İranda daha 2 125 nəfər koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 324 692 nəfərə yüksəlib.
Nazirlik rəsmisi İranda indiyədək 282 122 nəfərin koronavirusdan sağaldığını deyib.
Sadat Lari qeyd edib ki, İranın Mazandaran, Tehran, Qum, Gülüstan, Şimali Xorasan, Ərdəbil, İsfahan, Əlborz, Rəzəvi Xorasanı, Kirman, Simnan, Şərqi Azərbaycan, Mərkəzi, Yəzd və Gilan vilayətləri qırmızı zonalar hesab olunur.
İranda indiyədək 2,66 milyondan çox diaqnoz testi həyata keçirilib.