Avq 09, 2020 16:39 Asia/Baku
  • “Makron yaxşıolar ki, sarı jiletlilərin problemləri ilə məşğul olsun”

İran İslam Şurası Məclisinin Təhlükəsizlik Komissiyasının sədr müavini: Fransa prezidenti özünü bacarıqlı hesab edirsə, digər ölkələrin o cümlədən Livanın daxili işlərinə müdaxilə etmək yerinə ölkəsindəki sarı jiletlilərin problemlərini həll etsin.

Səhər Azəri bildirir ki, İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini bir neçə gün öncə Beyrutda baş vermiş partayışa işarə edərək, deyib: Beyrutdakı partlayışın səbəbkarları iki həftə öncə Suriya səmasında İranın sərnişin təyyarəsinə qarşı aqressiv hərəkət nümayiş etdirənlərdirlər. 

Mənsur Həqiqətpur regionda bu kimi hadisələrin ABŞ, sionist rejim və Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirildiyini qeyd edib və deyib: İran İslam Respublikası daim Livan xalqı və müqavimətinin kənarında qalacaq və onu müdafiə edəcək.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini əlavə edib: Əgər makron özünü bacarıqlı hesab edirsə, digər ölkələrin o cümlədən Livanın daxili işlərinə müdaxilə etmək yerinə ölkəsindəki sarı jiletlilərin problemlərini həll etsin. 

Teqlər