Avq 11, 2020 20:46 Asia/Baku
  • İranda casusluqda ittiham olunan 5 dəstə saxlanılıb

İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat üzrə müavini hegemonçu quruluşun kəşfiyyat xidmətlərinə bağlı beş casusluq dəstəsinin saxlanılmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyinin müavini əcnəbi kəşfiyyat məmurları çeşidli və mürrəkəb kəşfiyyat metodlarından istifadə edərək, İran İslam Respublikasının müasir elm və texnologiyalarına yiyələnməsini əngəlləmək, infrastrukturlar və proyektlərdə təxribat törətmək, sanksiyaların sərtləşdirilməsi, həmçinin İranın qonşu ölkələri ilə münasibətlərində problemlər yaratmaq məqsədilə nüvə, siyasi və iqtisadi layihələrlə bağlı casusluq etmək niyyətində olduqlarını açıqlayıb.

İranın Təhlükəsizlik Nazirliyinin əks-kəşfiyyat üzrə müavini İran İslam Respublikasının aşkar və gizli düşmənlərinə xəbərdarlıq edərək, vurğulayıb: "Təcavüzkar Düşmənlərin hər hansi bir fitnəsi qarşısında qətiyyətlə dayancağıq".

Teqlər