Avq 13, 2020 09:21 Asia/Baku
  • İranın kosmik tədqiqat mərkəzində ilk radiasiya yükü düzəldilib

İranın kosmik tədqiqat mərkəzində yerləşən peyk sistemləri institutunun başçısı bu mərkəzdə ilk radiasiya yükünün düzəldilməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, bu yükdən «Nahid-2» peykində istifadə olunacaq.

Hamed Babayi bildirib ki, şüalanmalar, tapşırıq müddətində peykin detalları və fəaliyyətinə mənfi təsirlər göstərirlər. O, belə qeyd edib: Kosmik fəzada və xas bir orbitdə bu şüalanmaların dəqiq miqdarını bilməklə alüminum qoruyuculardan istifadə kimi qabaqlayıcı həll yolları ilə süni peykin əminlik qabiliyyəti və ömrünü uzatmaq olar.

Babayi sonra belə qeyd edib: Hal-hazırda radiasiya yükü lazımi standartlara uyğun bütün ixtisas səviyyəli sınaqlardan uğurla keçib və «Nahid-2» peykində quraşdırılmağa hazırdır.

«Nahid-2» peyki rabitə tapşırıqlarını yerinə yetirmək və rabitə peyklərinin həssas alt sistemlərinin texnologiyasını inkişaf etdirmək üçün hazırlanmış bir telekommunikasiya mikropeykidir.
 

Teqlər