Zərif Nəbih Berri ilə görüşdə: İran Livanla həmkarlığa hazırdır
Avq 14, 2020 19:17 Asia/Baku
İranın xarici işlər naziri Livan parlamentinin sədri ilə görüşdə Tehranın Livanın hazırkı şəratinin ehtiyaclarının aradan qaldırılması sahəsində Beyrutla həmkarlığa hazır olduğunu bildirib.
SəhərAzəri xəbər verir, Beyrutda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün qeyd olunan görüşdə Beyrut limanında baş vermiş partlayış hadisəsilə bağlı Livanın xalqı və hökuməti ilə həmrəylik ifadə etməklə yanaşı, Livanın 33 günlük müharibədəki qələbəsinin 14-cü ildönümünü də təbrik edibdir.
Zərif bu görüşdən öncə Livanın işlərinin irəlilədilməsi hökumətinin xarici işlər naziri Şərbəl Vəhbə və baş naziri Hisan Diyab ilə görüşübdür.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən axşamçağı Beyruta daxil olub.