Avq 15, 2020 22:31 Asia/Baku
  • İranın dəniz sənayesi inkişaf yolunda

İran ən vacib dəniz təchizatlarının istehsalı sahəsində özünü təmin etmə səviyyəsinə çatıb

Səhər Azəri bildirir ki, İranın Limanlar və Dənizçilik Təşkilatının icraçı direktoru deyib: "İran İslam Respublikası yerli mühəndis və mütəxəssislərin bacarığına güvənərək, bir çox ən vacib dəniz təchizatlarının istehsalı sahəsində özünü təmin etmə səviyyəsinə çatıbdır".

İRİB-in məlumatına görə, İranın Limanlar və Dənizçilik Təşkilatının icraçı direktoru Məhəmməd Rastad Ölkənin ən əhəmiyyətli dəniz təchizatının istehsalı sahəsində özünü təmin etməsinin sanksiyaları zərərsizləşdirdiyini bildirib.

Rastad əlavə edib: "İran son aylarda hərəkət edən sahil kranları və Rezin Şinli Gantry Kranları istehsal edibdir ki, hazırda Çabahar limanına daxil olublar.

İranın Limanlar və Dənizçilik Təşkilatının icraçı direktoru, həmçinin İranla Çin arasındakı dəniz əlaqələrinə də toxunub və qeyd edib ki, İran təbii olaraq, həmişə Çin ilə Dəniz nəqliyyatı sahəsində əməkdaşlıq edib və İranla Çin arasında 25 illik müqavilə də bu haqda təsirli ola bilər.

Teqlər