Zərif: Yalan təbliğatlar ABŞ-ın məğlubiyyətini gizlədə bilməz
Zərif: Yalan təbliğatlar ABŞ-ın məğlubiyyətini gizlədə bilməz
"Ağılsız təbliğatların ABŞ-ın biabırçı məğlubiyyətindən yayınmasına köməyi olmayacaq."
Səhər Azəri bildirir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
Məhəmməd Cavad Zərif amerikan mediaların İran tankerlərinin saxlanılması barədəki təbliğatlarına işarə edərək, deyib: Yalan təbliğatlar ABŞ-ın BMT-dəki biabırçı diplomatik məğlubiyyətdən yayınmasına kömək etməyəcək.
Amerika BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah sanksiyalarıın uzadılması sahəsindəki uğursuzluğu ilə bir zamanda İran İslam Respublikasına aid olan bir neçə tankerin dayandırıldığını iddia edibdir.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bir tvitt-də Karaib dənizindəki dəniz quldurlarının özləri üçün məhkəməyə və hakimə malik olmalarına toxunaraq, qeyd edibdir ki, oğurlanmış yanacaq yükü, gəmi və bayrağın heç biri İrana aid deyildir.
Amerikada çıxan «Wall Street Journal» nəşri bir yazıda iddia edibdir ki, Amerika İran neftini daşıyan görd gəmini saxlayıb. İran İslam Respublikasının Venesueladakı səfiri Hoccət Soltani öz şəxsi tvitter səhifəsində onu Amerika imperializminin təbliğat aparatının digər bir yalanı adlandırıbdır.
Digər tərəfdən, Amerikanın İrana qarşı silah qadağasının uzadılmasına dair qətnamə layihəsi cümə günü axşamçağı ABŞ və Dominikan Respublikasının lehinə, Rusiya və Çinin əleyhinə və on bir tərəfsiz səslə qəbul edilmədi.
Belə bir halda, İran İslam Respublikasının prezidenti Həsən Ruhani deyib ki, amerikanlar öz biabırçılıqları və alçalmalarını ört-basdır etmək üçün bildirdilər ki, dörd İran gəmisini saxlayıblar. O, qeyd edib ki, Birləşmiş Ştatlar elə bir halda bu iddianı irəli sürür ki, gəmilər və onların bayraqları İrana aid olmayıbdır və bu yalanın irəli sürülməsi Vaşinqtonun Təhlükəsizlik Şurasında alçalmasını ört-basdır etmək üçündür.