Avq 16, 2020 22:45 Asia/Baku
  • İran Parlamentinin üzvləri müdafiə sənayesinə dəstək veriblər

İran İslam Şurası Məclisinin üzvləri raket sənayesini himayə edib, İranın silah və raket gücünün qorunmasını vurğulayıblar.

Səhər Azəri bildirir ki, İran İslam Şurası Məclisinin üzvləri bu gün müdafiə sənayesi günü münasbətilə verdikləri bir bəyanatda bildiriblər ki, regiondakı dostlara sülh və sabitlik mesajı verən İranın müdafiə hazırlığı və çəkindiricilik qüdrəti İslamın qatı düşmənlərini öncədən məyus edəcəkdir.

İran İslam Respublikasının müdafiə təchizatları və silahlarında iqtisadi müstəqilliyə çatmağa təkid edən İran İslam Şurası Məclisinin üzvləri bildiriblər ki, bu hərəkət Amerikanın və sionist rejimin ardıcıl və biabırçı məğlubiyyətlərinə bais olaraq, qəddarcasına sanksiyaların təsir göstərməsinə mane olacaqdır.

Bəyanatın davamında Amerikanın İrana qarşı silah embarqosu tətbiq etməyə çalışmasına işarə ilə deyilir: İrana qarşı silah embarqosunun uzadılması istiqamətində rəsmi və qeyri-rəsmi ünsürlər və hökumətlərdən hər birinin bu yolda Amerikanı və qəsbkar sionist rejimi müşayiət etməsi bağışlanmazdır və İranın çəkindiricilik qüdrətinin dayağı, raket və müdafiə gücünün qorunmasında hər cür qanunsuz məhdudiyyətin yaradılması istiqamətində Amerika ilə əməkdaşlıq pislənilir.

21 avqust, İran İslam Respublikası təqvimində müdafiə sənayesi günü adlandırılıbdır.

Teqlər