Avq 17, 2020 09:31 Asia/Baku
  • Zərif: Azərbaycan Respublikası İran üçün son dərəcə önəmlidir

Qonşuların xarici siyasətimizin ilk prioriteti olduğunu elan etdiyimiz kimi, Azərbaycan Respublikası İran üçün son dərəcə mühüm ölkədir.

Səhər Azəri bildirir ki, bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif söyləyib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı yeni səfirinin təqdim olunması mərasimində çıxış edən Məhəmməd Cavad Zərif sonra deyib: Abbas Musəvi Avropa və Asiyada daha sadə bir tapşırığı seçə bilərdi, amma o, Azərbaycan Respublikasını seçdi. Bu, bizim bu əziz qardaşımızın strateji baxış dərinliyini göstərir ki, fəaliyyət üçün qonşunu seçdi.

İranın xarici işlər naziri vurğulayıb: Yaxşı təcrübəsinə, qonşu vilayətllərin hamısına baş çəkdiyinə və bu tapşırıq üçün yaxşı hazırlıq gördüyünə görə, əminəm ki, o, mütləq Bakıda daha müvəffəq və başıuca olacaqdır.

Zərif sonra deyib: Bu gün biz Azərbaycan Respublikası ilə çox yaxşı münasibətlərə malikik. Bu gün Azərbaycan Respublikası ilə ən yaxşı və ən yaxın əlaqələrə malikik və İranın Bakıdakı yeni səfiri Abbas Musəvinin tədbiri sayəsində bu əlaqələr daha da güclənəcəkdir.

İran Xarici İşlər Nazirliyinin keçmiş mətbuat katibi Seyyed Abbas Musəvi İranın Azərbaycan Respublikasındakı səfiri kimi təqdim edilibdir.

Teqlər