Avq 17, 2020 16:18 Asia/Baku
  • Kiber təhdidlərinə möhkəm cavab veriləcək

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, hər cür kiber təhdidi qüdrətlə cavablandırılacaqdır.

Səhər Azəri bildirir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahı bir bəyanatda kiber mühitinin beynəlxalq hüquqları qarşısında vurğulayıbdır ki, hər bir hökumət, qrup və ya şəxsin tərəfindən edilən kiber hədələri hər bir səviyyədə olursa-olsun, qüdrətlə cavablandırılacaqdır.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı bu bəyanatda İran İslam Respublikası qüvvələrinin kiber mühitinin çoxsaylı və müxtəlif təhdidləri ilə mübarizədəki fəaliyyət çərçivəsi, külli siyasətləri və anlamlarını bəyan edərək, bildirib ki, kiber mühitinə tətbiq oluna bilinən beynəlxalq hüquqlar/ dincməqsədli kiber mühitinin imtiyazları və maraqlarını ədalətli şəkildə paylayan və bütün hökumətlər üçün ədalətli hakimiyyəti və əlçatanlığı təminedən olmalıdır.

Bəyanatda sonra deyilir: Mədəni, ictimai, iqtisadi və siyasi səbatsızlıq vasitəsilə milli təhlükəsizlik üçün bir təhdid olan və ya onun səbatsızlaşmasına gətirib çıxaran fiziki və ya qeyri-fiziki nəticələrə malik kiber gücündən hər cür qəsdən istifadə, bir dövlətin suverenliyinin pozulması sayılır. Bu üzdən, İran İslam Respublikasının Silahlı Qüvvələri üçün qanuni müdafiə haqqı qorunub saxlanılır.

Teqlər