Rusiya İranla bağlı iclasın keçirilməsi vacibliyini vurğulayıb
Rusiyanın xarici işlər nazirinin müavini Fars körfəzi və İran mövzusunda konfransın keçirilməsini dəstəklədiyini vurğulayıb.
SəhərAzəri xəbər verir, Rusiyanın xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib: "Fars körfəzi və İran məsələlərini müzakirə etmək üçün İran və Almaniyanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin videokonfrans formatında zirvə görüşünün keçirilməsinə dair Rusiya prezidenti Vladimir Putinin irəli sürdüyü təklif hələ də qüvvədədir".
Rusiya prezidenti cümə günü avqustun 14-də bir bəyanat yayarq, belə bir təklif irəli sürüb və İrana qarşı səsləndirilən ittihamların əsassız olduğunu vurğulayıb.
ABŞ-ın İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına dair qətnamə layihəsi BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin müxalifəti ilə üzləşib.
Bu qətnamə iki lehinə, iki əleyhinə və 11 bitərəf səslə fiaskoya uğrayıb.
ABŞ-ın anti-İran qətnaməsinə qarşı çıxan və ya bitərəf qalan BMT Təhlükəsizlik Şurasının daimi və qeyi-daimi üzvləri rəylərinə səbəb kimi nüvə anlaşmasının dəstəklənməsi və ABŞ hərəkətinin qanunsuz olmasını göstəriblər.