İslam İnqilabının böyük rəhbəri Höccətülislam Təsxirinin vəfat etməsi münasibətilə başsağlığı veriblər.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətüllahulüzma Xamenei mücahid və alim Höccətülislam Məhəmməd Əli Təsxirinin vəfat etməsi münasibətilə başsağlığı veriblər.
SəhərAzəri xəbər verir, Höccətülislam Məhəmməd Əli Təsxiri İslam Məzhəblərini Yaxınlaşdırma Beynəlxalq Assambleyasının Ali Şurasının sədri və İslam dünyası məsələləri üzrə Ali Rəhbərin müşaviri ürək çatışmazlığı səbəbindən Tehran xəstəxanalarından birində müalicə olunurdu ki, bütün səylərə rəğmən bu gün 76 yaşında vəfat edib.
Həmişə şiəliyin düzgün tanıdılması və müsəlmanlar arasında anlaşma və birlik yaratmaq uğrunda çalışan Höccətülislam Təsxiri İslam dünyasının tanınmış simalarından biri idi.
İran İslam Respublikasının prezidenti Həsən Ruhani də bu şiə alimin vəfat etməsi münasibətilə başsağlığı verib.