Qrossi: Bazar ertəsi Tehranda İran rəsmiləri ilə görüşəcəm
Qrossi: Bazar ertəsi Tehranda İran rəsmiləri ilə görüşəcəm
Avq 22, 2020 13:51 Asia/Baku
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İran və agentlik arasındakı bəzi "həll olunmamış məsələlər" barəsində danışıqlar aparmaq üçün Tehrana səfər edəcəyini bildirib.
Səhər Azəri bildirir ki, AEBA-nın baş direktoru Rafael Qrossi Tvitter-də paylaşdığı yazıda bazar ertəsi günü Tehrana səfər edəcəyindən xəbər verib.
Qrossi bu məlumatı İranın AEBA-dakı daimi nümayəndəsi Kazım Qəribabadinin agentliyin baş direktorunun Tehrana səfər edəcəyinə dair açıqlama verməsinin ardınca paylaşıb.