İranda COVID-19-u dərhal aşkarlayan aparat təqdim olunub
https://azeri.sahartv.ir/news/İran-i366398-İranda_covid_19_u_dərhal_aşkarlayan_aparat_təqdim_olunub
Tehran Universitetinin tədqiqatçıları bir aparat düzəldiblər. Bu aparat xəstənin bəlğəmindən nümunə götürməklə COVID-19-a yoluxmuş xəstəni müəyyən edə bilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2020 14:44 Asia/Baku
  • İranda COVID-19-u dərhal aşkarlayan aparat təqdim olunub

Tehran Universitetinin tədqiqatçıları bir aparat düzəldiblər. Bu aparat xəstənin bəlğəmindən nümunə götürməklə COVID-19-a yoluxmuş xəstəni müəyyən edə bilir.

Səhər Azəri bildirir ki, Tehran Universitetinin elektrik və kompüter mühəndisliyi fakültəsinin nanobioelektronika avadanlıqları laboratoriyasının tədqiqatçısı Mohəmməd Əbdoləhd bu gün bu elmi nailiyyətin təqdimatı mərasimində deyib: Koronavirus xəstələrində hətta hələ xəstəliyin əlamətləri görünməyən zamanda belə, xəstənin bəlğəmindəki aktiv oksigen növlərinin miqdarı dəyişir ki, bu sensor həmin göstəricidən istifadə edərək, xəstəliyin mövcudluğunu müəyyən edə bilər.

O, bu texnologiyanın inkişafı və onun ticariləşdirilməsi barədə isə belə deyib: Bu layihə ticariləşmə etapındadır və iri həcmdə istehsala çatıb. İndiyədək bu texnologiya bir neçə xəstəxanada və 600-dən çox xəstə üzərində sınaqdan keçirilib və müsbət nəticələr əldə olunubdur.

Bu iranlı tədqiqatçı həmçinin deyib ki, qeyd olunan aparat təkcə koronavirusun deyil, həm də ağ ciyər xəstəliklərinin diaqnozunda da istifadə oluna bilər.