Avq 25, 2020 16:01 Asia/Baku
  • İranda 313 min nəfərdən çox koronavirus xəstəsi sağalıb

İranın səhiyyə nazirliyinin sözçüsü ölkədə təqribən 2 min nəfər yeni koronavirus xəstəsinin aşkar edilməsi və 313 min nəfərdən çox xəstənin sağalmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində ölkədə iki min 213 yeni koronavirus xəstəsi aşkar edilib, min 59 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

Lari bildirib ki, İranda koronavirusa yoluxanların ümumi sayı 363 min 363 nəfərə çatıb. O, həmçinin ötən sutka ərzində 125 xəstənin vəfat etməsinə işarə edib. Deyib ki, İranda koronavirusdan ölənlərin ümumi sayı 20 min 901 nəfərə çatıbdır.

İran səhiyyə nazirliyi sözçüsünün bildirdiyinə görə, indiyədək 313 min 58 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da 23 milyon 800 min nəfəri ötüb keçibdir. Onlardan təqribən 817 min nəfər həyatını itirib, azı 16 milyon 360 min nəfər də sağalıb və xəstəxanalardan buraxılıbdır.

Teqlər